Simsar.az | bizi özünüzə Simsar bilin
"Xəzər Lənkəran" Belçikadan kimi gətirir?

Mirça Rednik tanınmış futbolçu ilə danışıqlar aparır

"Xəzər Lənkəran"ın transfer çalışmaları davam edir. Hələlik yalnız qapıçı Kamal Bayramovla güclənən Lənkəran klubu heyətinə bir neçə əcnəbi futbolçu qatmağa hazırlaşır.
Bu günə qədər komandanın baş məşqçisi Mirça Rednik əsasən rumın və Rumıniya çempionatında top qovan əcnəbilərə güvənib. Bu dəfə isə Rednik həmyerlilərinin sayını azaldıb, digər ölkələrə nəzər yetirmək iddiasındadı.
İstirahətini ailəsi ilə Belçikada keçiri, Bakıya dönən və rəhbərliklə görüşdən sonra yenidən Belçikaya qayıtan rumın mütəxəssisin səfərinin məqsədi məlum olub. Fanat.az xəbər verir ki, "Xəzər Lənkəran"ın baş məşqçisi Belçika çempionatından futbolçu transfer etmək istəyir. Həmin oyunçunun kimliyi və vətəndaşlığı barədə məlumat verilməsə də, onun tanınmış futbolçu olduğu deyilir.

18 İyun, 2011  02:35 Baxılıb: 1085

Bu bölmədə