Simsar.az | bizi özünüzə Simsar bilin
İŞLƏYƏN PENSİONERLƏR ARAŞDIRILIR

Yaşı 65-dən yuxarı olan dövlət qulluqçularının müəyyənləşdirilməsi prosesinə start verilib

Müvafiq qanuna edilmiş dəyişikliklə əlaqədar yaş həddi dövlət qulluğunda çalışmağa icazə verməyən vətəndaşların müəyyənləşdirilməsi ilə bağlı prosesə start verilib. Maliyyə Nazirliyində keçirilən kollegiya iclasında maliyyə naziri Samir Şərifov bununla bağlı göstərişlər verib. Belə ki, iclas zamanı dövlət qulluğunda olmanın yaş həddi ilə bağlı “Dövlət qulluğu haqqında” Qanunda edilmiş dəyişikliklərin icrası istiqamətində zəruri tədbirlərin görülməsi, nazirliyin vahid sistemi üzrə müvafiq vəzifə tutan dövlət qulluqçularının yaş həddi ilə əlaqədar dövlət qulluğuna xitam verilməsi və ya çalışma müddətinin uzadılması ilə bağlı məsələlərin araşdırılması və qeyd olunan halların tənzimlənməsi məqsədilə daxili prosedur qaydaların hazırlanması nazirliyin aidiyyəti struktur bölmələrinə, dövlət xidmət və agentliklərinin, yerli bölmələrin və tabeliyində olan digər qurumların rəhbərlərinə tapşırılıb.
FaktXeber.com-un verdiyi məlumata görə, kollegiyada bəzi rayon, şəhər maliyyə orqanları tərəfindən dövlət büdcəsinin yerli gəlir və xərclərinin tərtibi prosesində, kargüzarlıq və xəzinə əməliyyatlarının aparılmasında, o cümlədən hesabat və məlumatların vaxtında və keyfiyyətlə nazirliyə təqdim olunmasında bir sıra nöqsanlara yol verildiyi qeyd olunub. Bəzi rayon, şəhər maliyyə orqanlarının rəhbərlərinə yerlərdə olan bəzi çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

17 İyun, 2011  22:04 Baxılıb: 1512

Bu bölmədə