Simsar.az | bizi özünüzə Simsar bilin
ƏSGƏR HƏRBÇİ YOLDAŞINI QƏTLƏ YETİRDİ

Daha bir əsgər isə yol qəzasında ölüb

Azərbaycan Ordusunda iki ölüm hadisəsi baş verib.Bu hər iki hadisə Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birləşməsinə daxil olan hərbi hissələrdə qeydə alınıb. Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissədə əsgər Bəşirov Mərdan Arif oğlu SVD silahından açdığı atəş nəticəsində əsgər Əlizadə Vüsal İlqar oğlunu qətlə yetirib. Hadisənin münaqişə zəminində baş verdiyi bildirilir. 

Digər hadisə isə Ağstafa rayonunda yerləşən “N” saylı hərbi hissədə baş verib. Kiçik çavuş Muradov Kənan Etiqad oğlu dövlət nişanı olmayan motosikletlə gedərkən Ağstafa- Sadıxlı yolunda idarəetməni itirərək, onu aşırıb. Hərbçi hadisə yerində həlak olub.

Hər iki hadisənin iyunun 16-da baş verdiyi bildirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev hər iki faktı təsdiqləyib. Onun sözlərinə görə, hər iki fakt üzrə araşdırma aparılır.

17 İyun, 2011  21:13 Baxılıb: 1080

Bu bölmədə