Simsar.az | bizi özünüzə Simsar bilin
Nemət Pənahlı 6 illik cəza aldı

Onun dustaq yoldaşı isə dörd il iş alıb

Nəsimi rayon Məhkəməsində Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) sədri Nemət Pənahlı və onunla birgə saxlanılan Ceyhun Fərzullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Simsar.az-ın xəbərinə görə, hakim Elman Əhmədovun sədrlik etdiyi prosesdə hökm oxunub. Məhkəmənin hökmünə əsasən Nemət Pənahlı 6 il, Ceyhun Fərzullayev isə 4 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Nemət Pənahlı və Ceyhun Fərzullayev bu il yanvarın 7-də saxlanılıblar. Onlar Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunurlar. Ötən prosesdə dövlət ittihamçısı çıxış edərək Nemət Pənahlının 7 il 6 ay, Ceyhun Fərzullayevin isə 5 il müddətinə azadlıqdan məhkum edilməsini istəmişdi.

17 İyun, 2011  20:59 Baxılıb: 1053

Bu bölmədə