Seymur İsayev: "Bu sahə iqtisadi inkişaf strategiyasının prioritetlərindən biridir"
Hər il aprelin 10-u ölkəmizdə İnşaatçılar Günü kimi qeyd olunur. Bu gün həm Ramazan bayramı, həm də inşaat sahəsində çalışanların peşə bayramıdır. Bu münasibətlə iş adamı, Sipark İnşaat tikinti şirkətinin rəhbəri Seymur İsayev saytımız vasitəsilə inşaatçılara və Azərbaycan xalqına bayram təbrikini çatdırdı. "Bu gün müqəddəs bayramlardan olan Ramazan bayramıdır. Bu münasibətlə, bütün müsəlmanları, xalqımızı təbrik edirəm. Allah tutulan orucları, qılınan namazları və edilən duaları qəbul eləsin. 10 aprel həm də Azərbaycanda inşaatçıların peşə bayramıdır. Prezident İlham Əliyevin 2009-cu il 16 dekabr tarixli Sərəncamı ilə “İnşaatçılar günü”nün təsis edilməsi inşaat sahəsində çalışanların əməyinə dövlətimiz tərəfindən verilən böyük dəyərin göstəricisidir. Dövlətin iqtisadi inkişafını göstərən amillərdən biri inşaat sahəsidir. Bu sahə Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindən biridir. Ötən illər ərzində respublikanın paytaxtı, eləcə də regionlar əsl tikinti meydanına çevrilib. Həm dövlət kapital qoyuluşu, həm özəl sektor tərəfindən yatırılan investisiyalar inşaat sektorunun inkişafına böyük təkan verib. Bu gün işğaldan azad olunmuş bölgələrimizdə aparılan yüksək səviyyəli tikinti işləri də dövlətin bu sahəyə daha diqqətli yanaşmasından xəbər verir. Bu sahədə çalışan bütün həmkarlarımızı, inşaatçıları təbrik edirəm." Simsar.az
10 Aprel, 2024 12:38 ⁄ Baxılıb: 1766
Bu bölmədə13 Yanvar, 2024 Seymur İsayev Ufuk Turganer ilə görüşüb18 İyun, 2021 "TOSHIBA" liftləri Həsən Əliyev Layihəsində - FOTO9 Noyabr, 2016 Tikintidə yeni icazə qaydaları |