"Qaya İnşaat"dan yeni layihə: sərfəli şərtlər, rahat mənzillər
"Qaya İnşaat" tikinti şirkəti Gəncə prospekti 2942A ünvanında yeni yaşayış kompleksi inşa edir. Simsar.az xəbər verir ki, 12 mərtəbə və 1 girişli rahat həyətyanı sahəsi olan binada sakinlərin rahatlığını düşünərək bütün imkanların yaradılacağı nəzərdə tutulub. Belə ki, şirkətin nümayəndəsi Kamal Ramazanzadənin sözlərinə görə tikinti zamanı yüksək və beynəlxalq standartlara cavab verən keyfiyyətli tikinti materiallarından istifadə edilir. "Layihələrdə sakinlərin yüksək səviyyədə yaşaması üçün bütün şəraitlər nəzərdə tutulub. Kompleksin ərazisində uşaq bağçası, fitness və SPA mərkəzi, gözəllik salonu, mağazalar, ikimərtəbəli yeraltı qaraj, uşaqlar üçün meydançalar və istirahət zonası da nəzərdə tutulub. Binanın girişində Avropa standartlarına cavab verən müasir, sürətli və səssiz işləyən 2 ədəd lift quraşdırılacaq. Sakinlərin təhlükəsizliyini düşünərək həyətyanı sahə, parkinq və ümumi binanın təhlükəsizliyi müşahidə kameraları ilə təmin ediləcək. Yaşayış binasının ekoloji-sağlam mühit formalaşdırmasının, orada məskunlaşacaq sakinlərin həyat şəraitinin ən yüksək tələblərə cavab verməsinin təmin olunması üçün çalışırıq.” K.Ramazanzadənin sözlərinə görə 2 və 3 otaqlı mənzillərin satışı nəğd və daxili kredit şərtləri ilə həyata keşirilir. "Faizsiz kreditlə gözəl mənzilə sahib olmaq olar. Bu fürsəti "Qaya İnşaat" öz müştəriləri üçün yaradıb."
18 İyun, 2021 15:10 ⁄ Baxılıb: 7968
Bu bölmədə13 Yanvar, 2024 Seymur İsayev Ufuk Turganer ilə görüşüb18 İyun, 2021 "TOSHIBA" liftləri Həsən Əliyev Layihəsində - FOTO9 Noyabr, 2016 Tikintidə yeni icazə qaydaları |