Simsar.az | bizi özünüzə Simsar bilin
İş adamı Seymur İsayevdən bayram təbriki

Bu gün Novruz bayramıdır. Türk xalqlarının ənənələrindən olan Novruz yazın gəlişinin bayram edilməsidir. Sipark İnşaat tikinti şirkətinin rəhbəri, iş adamı Seymur İsayev bayram münasibətilə hər kəsi təbrik edib. O bildirib ki, Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan xalqının Novruzu Qələbə sevinci ilə qeyd edir. "Azad olunmuş torpaqlarda Novruz tonqalları qalanır.  Bu qürurvericidir.  Novruz bayramı bizə ulu əcdadlarımızın təbiətin əbədi nizamına ehtiramını ifadə edən müqəddəs yadigarıdır. Bu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir. Novruz xalqın ortaq duyğu və düşüncələrini dilə gətirən, türk mədəniyyətinin qorunub yaşadılmasında əhəmiyyətli yeri olan qədim el bayramımızdır”.

Simsar.az

20 Mart, 2024  11:22 Baxılıb: 2294

Bu bölmədə