![]() |
Laçında azan hərbçimizin anası: “Oğlumu geri qaytarsınlar” - YENİLƏNİB + FOTO/VİDEO
Bu gün səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. İTV hava şəraiti səbəbindən azan, əslən Şəmkir rayonundan olan hərbçimiz Ruslan Pənahovun evində olub. R.Pənahovun anası bildirib ki, oğlu ilə dünən danışıb: “Ruslanın 19 yaşı var. O, keçən ilin iyulun 8-də hərbi xidmətə gedib, dünən danışdım onunla. Dedi ki, hər şey yaxşıdı. Bu gün mənə gəlib dedilər ki, uşaq yoxdur. Hamıdan kömək istəyirəm, oğlumu geri qaytarsınlar”. R.Pənahovun nənəsi Xanım Pənahova bildirib ki, xidməti dövründə hər şeydən razı olub: “Həmişə razılıq edirdi ki, bura yaxşıdır. Bu sabah öyrəndik ki, uşaq yoxdur, yolu azıb. Xahiş edirəm, mənim balama kömək etsinlər, geri qayıtsın”. Qeyd edək ki, Ruslan Pənahov ailənin üç övladından biri olub.
28 Fevral, 2024 16:24 ⁄ Baxılıb: 6687
Bu bölmədə26 İyul, 2024 Yağış yağacaq, külək güclənəcək - Xəbərdarlıq22 İyul, 2024 Seymur İsayev jurnalistləri təbrik etdi8 İyul, 2024 Adil Əliyev icra başçısı təyin edildi14 İyun, 2024 Azərbaycanlı şagirdlər ABŞ - dan medallarla döndülər |