Simsar.az | bizi özünüzə Simsar bilin
Seymur İsayev jurnalistləri təbrik etdi

Bu gün əsası dahi mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən qoyulan, Azərbaycanın ilk mətbu nümunəsi olan “Əkinçi” qəzetinin yaranmasından 149 il ötür. Bu münasibətlə iş adamı, Sipark İnşaat tikinti şirkətinin rəhbəri Seymur İsayev saytımız vasitəsilə bütün jurnalistləri təbrik edib.

"Azərbaycan mətbuatı zəngin və mənalı inkişaf yolu keçib. Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbәşәri dəyərlərin təbliğində müstəsna rol oynamış mətbuat xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini verib. Ümummilli Lider Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli Fərmanına əsasən senzuranın ləğv edilməsi ilə milli mətbuatımızın inkişafında yeni mərhələnin əsası qoyulub. Hazırda ölkədə azad medianın fəaliyyətinə və inkişafına yönələn bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün ölkəmizdə yüzlərlə müxtəlif kütləvi informasiya vasitəsi – qəzet, jurnal, informasiya agentliyi və teleradio şirkətləri fəaliyyət göstərir. Bu gün Azərbaycanda böyük bir jurnalist ordusu yetişib. 44 ngünlük Vətən Müharibəsində də jurnaslistlərin Azərbaycan dövlətinin, ordusunun yanında olması, hadisələri beynəlxalq ictimaiyyətə çatdırması peşəkar jurnalistikanın var olmasından xəbər verirdi. Əziz jurnalistlər, Sizi peşə bayramınız münasibətilə ürəkdən təbrik edir, böyük fədakarlıq tələb edən məsuliyyətli və son dərəcə şərəfli fəaliyyətinizdə tükənməz enerji və müvəffəqiyyətlər arzu edirəm."

22 İyul, 2024  13:14 Baxılıb: 3564

Bu bölmədə