Simsar.az | bizi özünüzə Simsar bilin
FİFA-nın sabiq prezidentinə ağır rüşvət ittihamı

95 yaşlı braziliyalı həbs oluna bilər

Simsar.az-ın məlumatına görə, 1974 – 1998-ci illərdə FİFA-ya rəhbərlik etmiş 95 yaşlı braziliyalı ali futbol qurumunun sabiq tərəfdaşı İSL-dən 1 milyon dollar rüşvət almaqda ittiham olunur. 

Araşdırmalara ötən ilin noyabrında BBC telekanalında efirə getmiş “Panorama” proqramının süjeti əsasında başlanılıb. İOC rəsmisi deyib: “Beynəlxalq Olimpiya Komitəsi rüşvətlə bağlı bütün məlumatlara böyük diqqətlə yanaşır. BBC süjetini efirə verən kimi biz telekanaldan bütün müvafiq sənədləri xahiş etdik. Hazırda məlum səbəblərdən təfərrüatları açıqlamaq olmaz. Lakin proses gedir. Biz araşdırmalarımızı mütləq sona çatdıracağıq”.

Qeyd edək ki, marketinq şirkəti olan İSL uzun müddət FİFA və dünya çempionatlarının nəhəng sponsorları arasında vasitəçi olub. Bu şirkət vasitəsilə FİFA dünya çempionatı matçlarının teleyayım və reklam hüququnu satıb. İSL təqribən 10 il öncə bankrot olub.

17 İyun, 2011  19:58 Baxılıb: 1181

Bu bölmədə