Simsar.az | bizi özünüzə Simsar bilin
Seymur İsayev: "İnsanlığın yanında olanlar bu cinayəti işləyənlərin ədalət qarşısında cavab verməsini istəməlidir."

Bu gün Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil. Bəşəriyyətdə törədilən ən qanlı, dəhşətli faciələrdən olan Xocalı soyqırımı və qurbanları hər il olduğu kimi, bu il də dövlətimiz və xalqımız tərəfindən ehtiramla yad edilir. Simsar.az xəbər verir ki, Sipark İnşaat tikinti şirkətinin rəhbəri, iş adamı Seymur İsayev Xocalı Faciəsinin qurbanlarını yad edərək, faciəni törədənlərin hələ də ədalət qarşısında cavab vermədiyini bildirib. "Dünya ictimaiyyətinə yaşanan hadisələri ən düzgün çatdırmağın yolu tarixi bilməklə yanaşı, faktlara söykənən dəlillərə sahib olmaq lazımdır. Biz tariximizi yaxşı bilməliyik. Ermənistanın işğalçılıq niyyətlərinin kökünü bilməliyik. O kök sadəcə 1988-ci ildən başlamır. Bu kök daha dərinlərə 20-ci yüz ilin əvvəllərinə gedir. Ermənilərin Qaradağlıda, Xocalıda törətdikləri soyqrımları  faktlar, rəqəmlər, insan həyatları, beynəlxalq sənədlərlə əsaslanaraq çatdırmalıyıq. Etnik kimliyindən, dinindən və inancından asılı olmayaraq insanlığın yanında olanlar bu cinayəti işləyənlərin ədalət qarşısında cavab verməsini istəməlidir.

26 Fevral, 2024  14:53 Baxılıb: 3441

Bu bölmədə