Simsar.az | bizi özünüzə Simsar bilin
"Duvaqlı"nın açılışı oldu

Bakıda hər cür istəyə uyğun "Duvaqlı" adlı yeni gəlinlik mağazasının açılışı baş tutub. Mağazanın sahibi Əməkdar artist Anar Heybətovdur. Qeyd edək ki, açılış mərasimində tanınmış sənət və media nümayəndələri də iştirak edib. Mağazanın qırmızı lentini isə aktyorun qızı Almaz və Hacı Nuran bərabər kəsiblər. Açılışda iştirak edən xalq artistləri Sənubər İsgəndərli, Məleykə Əsədova, əməkdar artistlər Vəfa Zeynalova, Münəvvər Əliyeva, Elşən Cəbrayılov, Şəlalə Şahvələdqızı və başqaları öz ürək sözlərini deyərək A.Heybətova uğurlar arzulayıblar.  "Duvaqlı"ya gəlincə, ailə qurmaq istəyən hər bir xanım üçün bu mağazada zövqlü gəlinliklər var. Belə ki, mağazada yüksək keyfiyyətli və zövqlü modellərə üstünlük verilib. Açılışda iştirak edən Simsar.az saytının baş redaktoru İradə Nurəddinqızı isə səbəbkarlara yeni bir ideya verərək, hicablıların da gəlinliklərini nəzərə almağı təklif edib.

Fərqli, zövqlü və ən son model olan gəlinlikləri, xanımlar sevə-sevə öz şad günlərində istifadə etmək üçün "Duvaqlı" gəlinlik mağazasına buyurub gələ bilərlər.

Simsar.az

 

31 Yanvar, 2024  17:58 Baxılıb: 4853

Bu bölmədə