Simsar.az | bizi özünüzə Simsar bilin
Seymur İsayev: "İllər keçsə də xalq öz qəhrəmanlarını unutmayacaq! “

Azərbaycan xalqının tarixinə qəhrəmanlıq və faciə kimi yazılan 20 Yanvar hadisəsindən 34 il keçir.

İş adamı, Sipark İnşaat tikinti şirkətinin rəhbəri Seymur İsayevin təşəbbüsü ilə 20 Yanvar şəhidləri yad ediib. Şirkət əməkdaşları Şəhidlər Xiyabanını ziyarət edib. Ümümxalq Hüzn Günü ilə bağlı Simsar. az-a danışan Seymur İsayev hadisənin bəşər tarixində vəhşi terror aktı, insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu bildirib. Onun sözlərinə görə milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya nümayiş etdirib. S.İsayev həmin ağır günlərdə Heydər Əliyevin xalqın səsinə hər kəsdən əvvəl səs verdiyini bildirərək 1990-cı il yanvarın 21-də ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəldiyini və təcavüzə kəskin etiraz etdiyini söyləyib. İş adamı Zəfər qazandıqdan sonra xalqımızın fəxrlə öz şəhidlərini ziyarət etdiyini bildirib: “Bu fəxarəti biz Ali Baş Komandan İlham Əliyevə borcluyuq. Onun sayəsində işğalda olan torpaqlarımıza qovuşduq və başda 20 yanvar şəhidləri olmaqla bütün şəhidlərimizin ruhunu şad etdik.  İllər keçsə də xalq öz qəhrəmanlarını unutmayacaq! “ - deyə Seymur İsyaev bildirib.

20 Yanvar, 2024  15:36 Baxılıb: 4932

Bu bölmədə