Simsar.az | bizi özünüzə Simsar bilin
Səbuhi Məmmədli reanimasiyadadır – TƏBİB
“Jurnalist Səbuhi Məmmədli bu gün saat 10:25 radələrində M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib”.
Simsar.az xəbər verir ki, bu barədə TƏBİB-in yaydığı məlumatda bildirilir.
Qeyd olunub ki, qəflətən ürəyi dayanan Səbuhi Məmmədlinin ürək fəaliyyəti həkimlərin səyi nəticəsində bərpa olunub və Reanimasiya şöbəsinə yerləşdirilib.
“Kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulan Səbuhi Məmmədlinin vəziyyəti kritik ağır qiymətləndirilir”.
Qeyd edək ki, Səbuhi Məmmədli “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı” çərçivəsində hemodializ müalicəsi alır.
12 Yanvar, 2024  14:02 Baxılıb: 5172

Bu bölmədə