Simsar.az | bizi özünüzə Simsar bilin
Sumqayıtda 13 yaşlı oğlan itkin düşüb

Sumqayıtda 13 yaşlı yeniyetmə itkin düşüb. Bu barədə məlumat baku.ws-in qaynar xəttinə daxil olub.

Bildirilib ki, 13 yaşlı Ömər Yaqubov 6 gün öncə “Stansiya Sumqayıt” adlanan ərazidə itib. aO, eşitmə və nitq qüsurludur, üstəlik yaddaş zəifliyi də var, yəni istəsə belə evin yolunu tapa bilməz.

Qeyd edək ki, oğlanın yaxınları bu barədə polisə məlumat veriblər. Görənlərdən 050-751-68-99 nömrəsinə ilə zəng etmələri xahiş olunur.

18 Oktyabr, 2023  15:15 Baxılıb: 7658

Bu bölmədə