Simsar.az | bizi özünüzə Simsar bilin
Bakıda külək 22 m/s-dək güclənib

Oktyabrın 9-u saat 14:00-a olan məlumata əsasən şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib. Bu barədə Simsar.az - a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, küləyin maksimal sürəti arabir Daşkəsəndə 28 m/s, Qobustanda 24 m/s, Gədəbəydə 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 22 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.6 metrə çatıb.

9 Oktyabr, 2023  16:26 Baxılıb: 7511

Bu bölmədə