Simsar.az | bizi özünüzə Simsar bilin
Daha 19 ailə Laçına köçürüldü

İyulun 25-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb.

Simsar.az AZƏRTAC-a istinadla xəbər verir ki, Böyük Qayıdış Proqramı çərçivəsində bu mərhələdə Laçın şəhərinə daha 19 ailə (89 nəfər) köçürülüb.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

25 İyul, 2023  14:09 Baxılıb: 9412

Bu bölmədə