![]() |
FHN Türkiyəyə heyət göndərir - Prezidentdən tapşırıq
Prezident İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) 370 nəfərlik heyəti Türkiyəyə göndərilir. Simsar.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, bu gün səhər saatlarında Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə nazirliyin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş ölkəyə yola düşməsi üçün hazırlıq işlərinə başlanılıb. Qeyd edək ki, Türkiyədə Bakı vaxtı ilə bu gün saat 07.30-a olan məlumata əsasən 7 şəhərdə zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.
6 Fevral, 2023 12:19 ⁄ Baxılıb: 5187
Bu bölmədə25 Aprel, 2023 “Qaynarinfo” 16 yaşında19 Aprel, 2023 Birinci siniflərə qəbul vaxtı açıqlandı19 Aprel, 2023 Beynəlxalq Olimpiadalar qalibi azərbaycanlı şagird |