![]() |
DİN əməliyyat keçirdi, 39 nəfər saxlanıldı
Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda "din pərdəsi" altında təxribat və pozuculuq əməllərini həyata keçirən 39 nəfər müəyyən edilərək saxlanılıb. Simsar.az "Report"a istinadla xəbər verir ki, özlərini dindar kimi qələmə verən həmin şəxslər sosial şəbəkələr üzərindən İran lehinə təbliğatlar apararaq ölkəmizdəki dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün İran xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetiriblər. Onlar insanlar arasında məzhəb ayrı-seçkiliyi salmaq, qarşıdurma yaratmaq məqsədilə Azərbaycan vətəndaşlarının qatıldıqları dini mərasimlərdə və sosial şəbəkələrdə İrana aid atributlardan, eləcə də üzərində fars dilində müxtəlif yazılar olan qara bayraqlardan istifadə etməklə cəmiyyətdə çaşqınlıq yaradaraq topladıqları məlumatları tapşırıq aldıqları xüsusi xidmət orqanlarına ötürüblər.
1 Fevral, 2023 12:46 ⁄ Baxılıb: 2879
Bu bölmədə27 Fevral, 2023 Nazirlik “Bravo”nu məhkəməyə verdi7 Fevral, 2023 Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür6 Fevral, 2023 Hava ilə bağlı xəbərdarlıq - Bakıya qar yağacaq6 Fevral, 2023 Türkiyədə yaşayan azərbaycanlıların nəzərinə!6 Fevral, 2023 FHN Türkiyəyə heyət göndərir - Prezidentdən tapşırıq |