![]() |
“Papanin” və “Kubinka”da növbəti əməliyyat - 7 nəfər tutuldu
Nəsimi RPİ tərəfindən rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində - Cəlil Məmmədquluzadə, Naxçıvanı, Asəf Zeynallı və Namiq Məlikov küçələrində əməliyyatlar keçirilib. Simsar.az xəbər verir ki, bu ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi və satışını həyata keçirən 7 nəfər saxlanılıblar. Saxlanılan Davud Rəhimov, Üzeyir Qurbanov, Məhəmməd Mirzəyev, Ceyhun Əliheydərov, Rafus Mustafayev, Vüqar Səfərov və Ruslan Məmmədovdan ümumilikdə 2 kiloqrama yaxın heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib. Onlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları xarici ölkə vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onlarınn hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, son aylarda “Papanin” və “Kubinka”da narkotik alverçilərinə qarşı bir neçə dəfə əməliyyat keçirilib.
16 Yanvar, 2023 12:34 ⁄ Baxılıb: 1507
Bu bölmədə2 Fevral, 2023 İlham Əliyev gəncləri təbrik etdi2 Fevral, 2023 Sabahın havası açıqlandı1 Fevral, 2023 DİN əməliyyat keçirdi, 39 nəfər saxlanıldı |