![]() |
Sabahın havası açıqlandı
Noyabrın 30-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Simsar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya məlumat yayıb. Bildirilib, havanın temperaturu gecə 6-8° isti, gündüz 9°-dək isti, Bakıda gecə 6-8° isti, gündüz 9°-dək isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacaq.
29 Noyabr, 2022 18:39 ⁄ Baxılıb: 7757
Bu bölmədə25 Aprel, 2023 “Qaynarinfo” 16 yaşında19 Aprel, 2023 Birinci siniflərə qəbul vaxtı açıqlandı19 Aprel, 2023 Beynəlxalq Olimpiadalar qalibi azərbaycanlı şagird |