![]() |
Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrıldı
Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsinə 4,23 milyon manat ayrılıb. Simsar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı sərəncamda bildirilir. “Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 4,23 milyon (dörd milyon iki yüz otuz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”, - sərəncamda deyilir.
22 Noyabr, 2022 15:46 ⁄ Baxılıb: 3334
Bu bölmədə2 Fevral, 2023 İlham Əliyev gəncləri təbrik etdi2 Fevral, 2023 Sabahın havası açıqlandı1 Fevral, 2023 DİN əməliyyat keçirdi, 39 nəfər saxlanıldı |