![]() |
Sabah hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında noyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Simsar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 14-17° isti, Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.
21 Noyabr, 2022 14:13 ⁄ Baxılıb: 3957
Bu bölmədə26 İyul, 2024 Yağış yağacaq, külək güclənəcək - Xəbərdarlıq22 İyul, 2024 Seymur İsayev jurnalistləri təbrik etdi8 İyul, 2024 Adil Əliyev icra başçısı təyin edildi14 İyun, 2024 Azərbaycanlı şagirdlər ABŞ - dan medallarla döndülər |