Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycanlı məktəbli Almaniyada 2 qızıl medal qazanıb

Azərbaycanlı şagird Allahverdiyeva Zeynəb Ramin qızı Almaniyada keçirilən olimpiadada 2 qızıl medal qazanıb. Qeyd edək ki, Beynəlxalq Stem Olimpiadası 23 iyul 2022-ci ildə Frankfurt şəhərində yerləşən Höte adına Frankfurt Universitetində keçirilib. 15 ölkə və 225 iştirakçı arasında keçirilən yarışma riyaziyyat, təbiət elmləri və kodlaşma kateqoriyaları üzrə olub. Ümumilikdə olimpiadada Azərbaycan 31 qızıl medal, 23 gümüş medal, 29 bürünc medal və 16 həvə sləndirici medal əldə edib. Medal alanlar arasında Allahverdiyeva Əzizə Ramin qızı da var.

 

 

 

27 İyul, 2022  12:35 Baxılıb: 4405

Bu bölmədə