Simsar.az | bizi özünüzə Simsar bilin
Partiya üzvləri İqbal Ağazadəyə qarşı çıxdılar

İki şöbə müdiri Ümid partiyasından getdi

Ümid Partiyasının beynəlxalq şöbəsinin müdiri Qaya Əliyev və ideoloji şöbənin müdiri İxtiyar Abdalov partiyadan istefa veriblər. Simsar.az-ın məlumatına görə bu barədə  Qaya Əliyev “Bizim yol” qəzetinə açıqlamasında bildirib. O bildirib ki, partiyanın siyasi və strateji xətti ilə razılaşmadığına görə istefa verib: “Biz ümummilli maraqları partya və korporativ maraqlarımızdan üstün tuturuq. İstefalarda başqa səbəb və niyyət axtarmaq doğru deyil”.

Qaya Əliyev Ümid Partiyasından bundan sonra da istefaların olacağını istisna etməyib: “Hər şey ola bilər. Biz sadəcə siyasi müqavimət yolunu seçmişik. Bir var partiyada siyasi fəaliyyət, bir də var siyasi mübarizə. Bunlar ayrı-ayrı məsələlərdir. Partiyada olmaq bir növ siyasi fəaliyyətdir”.

17 İyun, 2011  16:23 Baxılıb: 1322

Bu bölmədə