Simsar.az | bizi özünüzə Simsar bilin
ANAMA-nın əməkdaşı Ağdamda MİNAYA DÜŞDÜ

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Ağdam rayonu ərazisində minaya düşüb. Hadisə Ağdamın işğaldan azad olunan Baş Qərvənd kəndi ərazisində baş verib. Ağdama çəkiləcək yeni yolun ərazisini minalardan təmizləyən ANAMA əməkdaşı Fərid Əliyev minaya düşərək xəsarət alıb.

Xəsarət alan şəxs ərazidən çıxarılaraq xəstəxanaya yerləşdirilib.(apa)

6 Avqust, 2021  10:56 Baxılıb: 5548

Bu bölmədə