Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verildi
Milli Məclisinin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilib. Qərar parlamentdə səsverməyə çıxarılaraq qəbul edilib. 98 nəfər layihənin lehinə səs verib. 1 nəfər bitərəf qalıb, 1 nəfər isə səs verməyib. Xatırladaq ki, iyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb. Baş Prokuror Kamran Əliyev deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə təqdimat vermişdi.
3 Avqust, 2021 13:56 ⁄ Baxılıb: 4496
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |