Simsar.az | bizi özünüzə Simsar bilin
Qax sakini bıçaqlanıb

Qax rayonunda bıçaqlanma hadisəsi olub. Hadisə Ləkit kəndində baş verib. Belə ki, 1991-ci il təvəllüdlü Fikrət Saadovun həmkəndlisi Fərman adlı şəxslə aralarında mübahisə olub.

Fərman Fikrəti döş qəfəsindən bıçaqlayıb. F.Saadov Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisəni törədən şəxs hadisə yerindən qaçıb.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

15 İyul, 2021  11:09 Baxılıb: 3495

Bu bölmədə