Simsar.az | bizi özünüzə Simsar bilin
"Bakı" klubunda pul "razborkası"

Bəxtiyar Soltanov bu üzdən “Qarabağ”a keçə bilər

Pul məsələsində “Bakı” ilə razılığa gəlmədiyi üçün “zolaqlılar”dan ayrılan Bəxtiyar Soltanov “Qarabağ”da çıxış edə bilər. Gənc futbolçu Ağdam klubundan rəsmi təklif alıb. Bu barədə Qol.Az-ın müxbiri ilə söhbətində Soltanov özü məlumat verib. 

Bəxtiyar “Qarabağ”la yanaşı, daha bir neçə klubdan da rəsmi təklif gəldiyini gizlətməyib:

“Təkcə “Qarabağ”dan deyil, başqa klublardan da rəsmi təklif almışam. Onların arasında iddialı komandalar da var. Ancaq hələlik ortada bir şey yoxdur. Hansı komandaya keçəcəyim yaxın günlərdə məlum olacaq”.

16 İyun, 2011  21:15 Baxılıb: 1222

Bu bölmədə