Simsar.az | bizi özünüzə Simsar bilin
BAYRAM ATƏŞFƏŞANLIĞI

Qurtuluş Günündə Milli Parkda izdihamlı şənlik olub

Bu gün Milli Parkda Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbiri keçirildi. Saat 20:00-dan başlayan tədbirdə böyük izdiham yaşandı. Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə Bulvarda 1 milyona yaxın insan bayram konsertini seyr edib. İnsanlar oynayır, əylənirdi.


Həmçinin, Bakıya gələn əcnəbi vətəndaşlar da konsert proqramını izləyirdi. Əraziyə xeyli sayda polis qüvvələri cəlb olunmuşdu və post-patrul maşınları dayanmışdı. Eyni zamanda təcili tibbi yardım maşınları da gətirilmişdi. Bulvara gedən bütün istiqamətlərdə tıxac yaranmışdı, yol polis əməkdaşları nəqliyyatın hərəkətini tənzimləyirdi. Bu müddət ərzində hər hansı xoşagəlməz hadisə və insident yaşanmayıb. Saat 23:00 radələrində atəşfəşanlıq olub.

 

16 İyun, 2011  15:55 Baxılıb: 1338

Bu bölmədə