Simsar.az | bizi özünüzə Simsar bilin
"Maya bacı" vəfat etdi

Aktrisa və pianoçu Tamilla Rüstəmova vəfat edib. O, uzun sürən xəstəlikdən sonra həyata gözlərini yumub. Qeyd edək ki, Tamilla Rüstəmova Azərbaycan kino sənətində “Ulduz” filmində Ulduz və “Böyük dayaq” filmində Maya bacı rolları ilə yaddaşlarda qalıb.
Məlumat üçün bildirək ki, Tamilla Rüstəmova Azərbaycanın görkəmli bəstəkarı Səid Rüstəmovun ailəsində anadan olub. O, 1959-cu ildə Qnesinalar adına Musiqi İnstitutunu fortepiano ixtisası üzrə bitirib. Bir neçə bədii filmdə yaddaqalan obrazlar yaradıb.

23 İyul, 2020  15:52 Baxılıb: 5721

Bu bölmədə