Simsar.az | bizi özünüzə Simsar bilin
QUBAYA GÜNƏŞLİ HAVADA BUZ YAĞDI -ŞOK

Rayonun müvafiq qurumlarının əməkdaşları hadisənin törədə biləcəyi ağır fəsadların qarşısını almağa çalışırlar

Simsar.az saytının yerli sakinlərə istinadən verdiyi məlumata görə, bu gün saat 15.00-dan başlayaraq Quba rayon mərkəzinə buz parçaları yağmağa başlayıb. Havanın günəşli olmasına baxmayaraq buz parçalarının ardından aramsız  leysan yağışları yağıb. Mərkəzdə  olan bir sıra müəssisələrin binalarını su basıb. Şəhərə elektrik enerjisinin verilişi dayandırılıb. Sakinlər hadisədən çaşqınlıq içərisindədir. Rayonun müvafiq qurumlarının əməkdaşları hadisənin törədə biləcəyi ağır fəsadların qarşısını almağa çalışırlar.

14 İyun, 2011  22:51 Baxılıb: 1265

Bu bölmədə