Simsar.az | bizi özünüzə Simsar bilin
10 minlərlə manatlıq aldanıblar

Vətəndaşların etimadından məkilli niyyətlərə görə istifadə edildi

Azərbaycanda dələduzluqla məşğul olan bir qrup şəxsin 10 min manatlarla pulu mənimsədiyi məlum olub. Bu barədə Simsar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, Babək prospektində İmanov Elxan Rəşid oğlu, Vəliyev Ələkbər İsa oğlu və Babayev Elxan Tofiq oğlu, Bakı şəhər sakini Əsədov Eldəniz Ağabəy oğlunun etimadını qazanaraq saxta etibarnamə verməklə ondan 27500 manat pul alıblar. 


Atatürk prospektində isə Bakı şəhər sakinləri Etibar Hüseynov və əvvəllər məhkum olunmuş Mirqasım Qasımov, həmyerliləri Çingiz Albabayevin və Ədalət Əliyevin etimadlarını qazanaraq onlardan 12000 manat və 7000 dollar (5500 manata yaxın) pul alıblar.


Daha bir dələduzluq faktı Tovuz rayon sakini Elnur Quliyevə qarşı törədilib. Bakı şəhər sakini Həzrət Kazımov və Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Həbib Məmmədov Elnur Quliyevin etimadını qazanaraq ondan 9750 manat pul alıblar.

Hər üç faktla əlaqədar cinayət işi başlanıb.

14 İyun, 2011  21:53 Baxılıb: 1218

Bu bölmədə