Simsar.az | bizi özünüzə Simsar bilin
Hansı çimərliyə getmək qadağandır?

Analizin nəticələri dövlət qurumlarına göndərilib

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bakı və Abşeron yarımadasında yerləşən çimərliklərdən götürdüyü dəniz sularının laborator müayinələrin nəticələrini açıqlayıb. 

Simsar.az-ın məlumatına görə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımovun jurnalistlərə bildirib ki, analizlərin nəticələrinə görə, Mərdəkan, Şüvəlan, Novxanı, Buzovna, Zaqulba, Pirşağı, Bilgəh, Nardaran, Türkan, Hövsan çimərliklərində dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilindədir: “Qaradağ rayonu ərazisi ilə Səbail rayonu ərazisində yerləşən “Sahil” və “Şıx” çimərliklərində isə bakterioloji çirklənmə müşahidə olunub. Həmin çimərliklərlə bağlı hələ ötən ildən qəbul edilmiş qərar bu il də qüvvədə qalır. Bu haqda mərkəz tərəfindən Fövqəladə Hallar, Səhiyyə nazirliklərinə və Bakı Şəhər İcra Hakimiyyətinə məlumatlar göndərilib”. 

Qeyd edək ki, ötən il verilmiş həmin qərara əsasən, mövcud vəziyyətin əhalinin sağlamlığı üçün ciddi təhlükə törətdiyi, əhali arasında yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsi nəzərə alınaraq, Səbail rayonunun Şıx çimərliyinin və Qaradağ rayonun Sahil çimərliyinin istifadəsi qadağan edilib.

14 İyun, 2011  21:47 Baxılıb: 1147

Bu bölmədə