Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı AÇIQLAMA - "Müsbət dəyişikliklər yoxdur"
Bəhram Bağırzadənin vəziyyəti ağır-sabit olaraq qalır”. Bunu COVID-19-a yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov deyib. O bildirib ki, səhər saatlarına olan nəticələr, təəssüf ki, ürəkaçan deyil: “Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətində müsbət dəyişikliklər yoxdur. Analizlərin cavabları qənaətbəxşdir. Düşünürəm ki, vaxtın uzanması bu vəziyyətdə bizim üçün qazancdır. Hər birimiz qısa zamanda əməkdar artistin vəziyyəti ilə bağlı xoş xəbərlər paylaşmaq istəyirik. Əfsuslar olsun ki, hələlik buna nail ola bilməmişik”.
22 İyun, 2020 14:51 ⁄ Baxılıb: 3556
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |