Simsar.az | bizi özünüzə Simsar bilin
Vəzifəli şəxslər Penitensiar Xidmətə ləkə getirib

İşdən çıxarılmalar yaş həddi ilə bağlı deyil

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi Mədət Quliyev bəzi cəzaçəkmə müəssisələrinin rəhbərlərinin təqaüdə göndərilməsinə münasibət bildirib. 
Simsar.az-ın məlumatına görə, M.Quliyev müəssisə rəhbərlərinin xidməti vəzifələrini yerinə yetirə bilmədikləri üçün təqaüdə göndərildiyini deyib: “10-a yaxın şəxs xidmətdən xaric olunub. Bu, yaş həddi ilə deyil, xidməti vəzifələrini düzgün yerinə yetirə bilmədikləri ilə bağlıdır. Bəziləri xidmətin adına ləkə gətirən hərəkətlərə yol verdikləri üçün vəzifələrindən azad olunublar”.


Bir ay ərzində Penitensiar Xidmətin 3 cəzaçəkmə müəssisəsinin rəisi təqaüdə göndərilib.

14 İyun, 2011  20:15 Baxılıb: 1106

Bu bölmədə