Simsar.az | bizi özünüzə Simsar bilin
MTN-in Akademiyasında bayram

Akademiyanın rəisi İsgəndər Allahverdiyev: "Bu gün ölkəmizin tarixinə qızıl hərflərlə yazılıb"

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 15 iyun – Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir keçirilib.

Simsar.az xəbər verir ki, Akademiya rəisinin müavini general-mayor İsgəndər Allahverdiyev bu günün ölkəmizin tarixinə qızıl hərflərlə yazıldığını qeyd edib. Qeyd olunub ki, Azərbaycanın taleyinin həll olunduğu ən ağır və faciəli günlərdə Heydər Əliyevin xalqın israrlı və təkidli tələbləri ilə yenidən hakimiyyətə qayıtması ölkəmizin tarixində həqiqətən də dönüş nöqtəsi, qurtuluş anı olub. 

“Ermənistan artıq dünya dövlətləri, eləcə də Avropa Şurası, Birləşmiş Millətlər Təşkilatı kimi mötəbər beynəlxalq qurumlar tərəfindən işğalçı ölkə kimi tanınır. Azərbaycan regionda lider dövlətə çevrilib. Bütün bunlar, Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla həyata keçirilən bu siyasət Heydər Əliyev yolunun bariz təntənəsidir” deyə natiq bildirib.


Mərasimdə digər çıxış edənlər Azərbaycanın bu gününün və gələcəyinin təməli olan 15 iyun – Milli Qurtuluş Gününün tarixi məqamlarına nəzər salıblar, Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıblar.


Tədbirin sonunda yığıncaq iştirakçıları Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmə tamaşa ediblər.

14 İyun, 2011  18:49 Baxılıb: 2572

Bu bölmədə