Bakıda gizli fəaliyyət göstərən restoran aşkarlanıb
Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı M.Müşfiq küçəsi, 4 ünvanında yerləşən “502” restoranının xüsusi karantin rejimi qaydalarına zidd olaraq, fəaliyyət göstərdiyi məlum olub. Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, baxış zamanı obyekt sahibinin və dörd nəfər müştərinin karantin qaydalarını pozduqları aşkar edilib. Restoranı icarə əsasında işlədən Yevlax rayon sakini Coşqun Məmmədov, Mingəçevir şəhər sakini Elmin Məmmədzadə, paytaxt sakinləri Fidan Əmrahova, Sahilə Bəhrəmova və Nasir İsayev saxlanılaraq, Səbail RPİ-nin 41-ci Polis Bölməsinə gətiriliblər. Bu şəxslər barəsində Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub. Karantin qaydalarını pozan C.Məmmədov 200, digər dörd nəfər isə 100 manat miqdarında cərimə ediliblər.
20 Aprel, 2020 15:07 ⁄ Baxılıb: 3049
Bu bölmədə6 May, 2024 Leysan olacaq, dolu yağacaq25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu |