Simsar.az | bizi özünüzə Simsar bilin
Şadlıq evləri hədəfdə

Yeyib-içməkdən zəhərlənənlər, zərərçəkənlər var

Respublikanın sanitar-epidemioloji xidmət orqanları tərəfindən 2011-ci ilin 5 ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitar norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 225 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub. 

Lent.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 112 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 41 nəfər işdən müvəqqəti kənarlaşdırılıb. Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 2650, mikrobioloji göstəricilərinə görə 1409, toksikoloji göstəricilərinə görə 296, radioloji göstəricilərinə görə 61 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 31-də orqanoleptik və fiziki-kimyəvi, 29-da mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyənləşdirilib. Şadlıq evlərindən 5805 yaxma nümunəsi, 81 soyuq qəlyanaltı nümunəsi götürülüb, yaxma nümunələrinin 84-də mikrobioloji çirklənmə aşkar edilib.

5 ay ərzində əhali arasında 258 qida zəhərlənməsi hadisəsi baş verib, 325 nəfər zərər çəkib. O cümlədən 17 botulizm hadisəsi baş verib. 35 nəfər zərərçəkən olub.

14 İyun, 2011  17:37 Baxılıb: 1637

Bu bölmədə