Sipark İnşaatda koronavirusa görə iş fəaliyyəti müvəqqəti təxirə salınıb
Koronavirus (COVİD-19) infeksiyası dünyada sürətlə yayılmaqdadır. Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək qlobal pandemiya elan olunan koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində bir sıra qaydalar tətbiq olunub, o cümlədən, sosial məhdudlaşdırma tədbirləri həyata keçirilir. Bu tədbirlər planına uyğun olaraq Sipark İnşaatda da müəyyən önləyici addımlar atılıb. Mərkəzi ofis və Siparka aid olan ərazilərdə dezinfeksiya işləri aparmaqla birgə, iş qrafikində də məhdudiyyətlər tətbiq olunub. Bu barədə Simsar.az - a şirkətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən xəbər verilib. Bildirilib ki, Sipark İnşaatda koronavirusa görə iş fəaliyyəti müvəqqəti təxirə salınıb.
23 Mart, 2020 13:02 ⁄ Baxılıb: 3118
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |