Bu gün Romadan Bakıya birbaşa çarter reysi həyata keçiriləcək
İtaliyadakı epidemioloji vəziyyət ilə əlaqədar olaraq İtaliyadan Azərbaycana qayıtmaq istəyi ilə səfirliyə müraciət etmiş Azərbaycan Respublikası vətəndaşları üçün 17 mart 2020-ci il tarixində axşam saatlarında Roma şəhərindən Bakı şəhərinə birbaşa çarter reysi həyata keçiriləcək. Bu barədə Azərbaycanın İtaliyadakı səfirliyinin "Facebook" səhifəsində bildirilib. "Səfirlik əməkdaşları aidiyyəti məsələ ilə bağlı müraciət etmiş vətəndaşlarımızın əksəriyyəti ilə fərdi qaydada əlaqə saxlayaraq onların Vətənə qaytarılması ilə əlaqədar müvafiq təşkilati məsələlər haqqında onları məlumatlandırıb. Səfirliyə müraciət etmiş bəzi vətəndaşlarımızla telefon rabitəsinin qurulmasında çətinliklərin olduğunu nəzərə alaraq, aidiyyəti məsələ ilə bağlı səfirlikdən zəng qəbul etməmiş vətəndaşlarımızdan təcili olaraq səfirliklə əlaqə saxlamaqları xahiş olunur. Telefon nömrəsi: 06 85305557 Qaynar xətt: 349 8155582", - deyə qeyd olunub.
17 Mart, 2020 10:18 ⁄ Baxılıb: 1892
Bu bölmədə6 May, 2024 Leysan olacaq, dolu yağacaq25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu |