Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycanlıları güllələyib qaçdı

Hadisəni törədən şəxs axtarılır

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində iyunun 13-nə keçən gecə travmatik silahdan 3 Azərbaycan vətəndaşını güllələyən şəxs axtarılır.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, insident gecəyarısı şəhərin Belovejskaya küçəsində baş verib. Naməlum şəxs mübahisə etdiyi 3 kişiyə travmatik silahdan atəş açaraq qaçıb.

Müxtəlif yaralar alan azərbaycanlılar xəstəxanaya müraciət ediblər. Faktla bağlı araşdırma aparılır. Araşdırmadan sonra cinayət işinin açılıb-açılmayacağına qərar veriləcək.

14 İyun, 2011  16:55 Baxılıb: 1109

Bu bölmədə