Simsar.az | bizi özünüzə Simsar bilin
Yeni taksilərin xidmət tarifləri müəyyənləşdi

Yeni taksilərdən istifadə üçün tariflər müəyyənləşdirilib.

Simsar.az xəbər verir ki, London taksilərinin aparıcı istehsalçısı olan "Manganese Bronze Holdings PLC" şirkəti ilə müqavilə çərçivəsində Bakıya gətirilən London Taxi TX4 avtomobillərinin bir hissəsi bu gündən etibarən sərnişinlərə xidmət göstərməyə başlayıb. 

Yeni taksilərdən istifadə üçün tariflər müəyyənləşdirilib. Tarifə əsasən sərnişin avtomobilə əyləşən zaman 1 manat, sonrakı hər kilometr üçün isə 0,7 manat ödəməlidir.

Məlumat üçün qeyd edək ki, bir müddət bundan qabaq Bakıya bənövşəyi rəngdə 150 ədəd yeni taksi gətirilib. Müqavilə çərçivəsində ümumilikdə 1000 ədəd avtomobilin tədarükü nəzərdə tutulub. Avtomobillərin hamısının Bakıya ilin sonunadək gətirilməsi planlaşdırılır.

14 İyun, 2011  03:56 Baxılıb: 1384

Bu bölmədə