Həcc ziyarəti üçün müraciət edənlərin sayı artıb
Sənəd qəbulu başlanan gündən Azərbaycandan Həcc ziyarətinə getmək üçün müraciət edənlərin sayı 100 nəfəri ötüb. Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib ki, zəvvarlar ziyarətə təyyarə ilə gedəcəklər. Bildirib ki, bu il Həcc ziyarətinin qiymətində artım olacaq. Ziyarətin qiyməti 4490 dollar olacaq. Ötən il isə bu məbləğ 4285 dollar təşkil edib. Bu, otel xidmətlərində olan qiymət artımı və viza rüsumunun tətbiq edilməsi ilə bağlıdır. Qeyd edək ki, Həcc ziyarətinə sənəd qəbuluna yanvarın 27-də başlanıb. Keçən il olduğu kimi, bu il də kvotaların sayı (1400) eynidir.(trend)
19 Fevral, 2020 12:07 ⁄ Baxılıb: 1749
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |