Xəzərdə antiterror təlimləri keçiriləcək
Bu il Xəzərdə MDB ölkələri tərəfindən “Xəzər-Antiterror” adlı təlimlər keçiriləcək. “Report” “İnterfax”a istinadən xəbər verir ki, MDB Antiterror Mərkəzinin açıqlamasına görə, təlimlərdə Xəzər regionunun təhlükəsizliyi ilə bağlı mexanizmlərin təkmilləşdirilməsi nəzərdə tutulur. Açıqlamaya əsasən, MDB ölkələrinin antiterror qurumları rəhbərlərinin Moskva şəhərində keçirilən sayca 13-cü müşavirəsində üzv ölkələrinin xüsusi xidmət nümayəndələrinin işçi görüşü də keçirilib. Həmin görüşdə “Xəzər Antiterror 2020” müştərək təlimlərə hazırlıq məsələləri müzakirə olunub. Hazırda sözügedən təlimin ssenarisi və iştirakçıları müəyyənləşdirilir.
18 Fevral, 2020 16:32 ⁄ Baxılıb: 2039
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |