Sabahın havası: Yollar buz bağlayacaq
Fevralın 11-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departametindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə az qar yağacağı, gündüz dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 2-5° isti, Bakıda gecə 1-3° şaxta, gündüz 2-4° isti olacaq. Azərbaycanın rayonlarında hava yağmursuz olacaq, lakin gecə və səhər bəzi cənub rayonlarında qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 13-18° şaxta, gündüz 1-6° şaxta olacaq. Yollar buz bağlayacaq. Tibbi-meteoroloji proqnoza əsasən, fevralın 11-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin günün ikinci yarısında mülayim gilavar küləyi ilə əvəz olunacağı və nisbətən soyuq temperatur diskomfortu gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
10 Fevral, 2020 16:21 ⁄ Baxılıb: 1891
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |