Simsar.az | bizi özünüzə Simsar bilin
QANVERMƏ AKSİYALARI KEÇİRİLİB

Xeyirxah işdə bir çox insan iştirak edib

Qan ver həm başqasının həyatını xilas et, həm də özün sağlam ol...

"Beynəlxalq Qan Donoru" günü bu ideyanı gündəmə gətirib. "İrəli" İctimai Birliyi və Qan Donorları Assossiasiyası irsi qan xəstəliyindən əziyyət çəkən uşaqlar üçün könüllü qanvermə aksiyası təşkil edib.

Başqa bir qanvermə aksiyasını da Mərkəzi Qan Bankında Məlahətli Ana Uşaqlara Yardım İctimai Birliyi təşkil edib.

Qan verənlər arasında müğənni Səyyad Əlizadə də var idi.

Ümumiyyətlə aksiyalarda xeyli sayda insan iştirak edib. Qanvermə aksiyalarında donorların sağlamlığına xüsusi diqqət yetirilib. Yalnız yaşı 18-dən, boyu 160 sm-dan yuxarı, çəkisi 55 kq-dan yuxarı olanlar habelə təzyiqi aşağı olmayanlar, cərrahiyə əməliyyatı keçirməyənlər və hər hansı yolxucu xəstəlik daşıyıcısı olmayanların qanları qəbul edilib.

13 İyun, 2011  23:59 Baxılıb: 1212

Bu bölmədə