Fatimə Mövlamlı döyülüb? - RƏSMİ
Bakı şəhər Baş Polis İdarəsi bloqer Fatimə Mövlamlıya polis tərəfindən təzyiq edilməsi məsələsinə münasibət bildirib. BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, F. Mövlamlının polis tərəfindən saxlanılaraq, ona təzyiq göstərilməsi ilə bağlı sosial şəbəkələrdə yaydığı məlumatlar tamamilə əsassızdır: “O, polis orqanları tərəfindən saxlanılmayıb, deyilənlər həqiqəti əks etdirmir. Bu kimi yanlış informasiyaların məqsədli şəkildə dövriyyəyə buraxılması təəssüf doğurur, böhtan xarakteri daşıyır”. Qeyd edək ki, bloqer sosial şəbəkədə Səbail rayon polis idarəsinin polisləri tərəfindən təzyiq altında saxlanılması barədə məlumat paylaşıb.
28 Yanvar, 2020 15:04 ⁄ Baxılıb: 1276
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |