Simsar.az | bizi özünüzə Simsar bilin
Türkiyə yenə silkələndi: Bu dəfə Ankara

Türkiyənin Ankara şəhərində zəlzələ olub. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Kandilli Rəsədxanası məlumat yayıb.

Qeyd edilir ki, Ankaranın Akyurd bölgəsində yerli vaxtla saat 13:51-də 3,9 bal gücündə zəlzələ olub. Zəlzələnin 5 kilometr dərinlikdə baş verdiyi təsdiqlənib.

Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb. Təbii hadisə nəticəsində ölənlərin sayı 40-a çatıb.

27 Yanvar, 2020  17:37 Baxılıb: 1889

Bu bölmədə