Türkiyə daha bir güclü zəlzələ ilə sarsıldı
Türkiyədə zəlzələ xəbərləri gəlməkdə davam edir. Belə ki, yerli vaxtla saat 09:00 radələrində daha bir zəlzələ qeydə alınıb. Bu barədə “Son Dakika” xəbər verib. Kandili Rəsədxanası yeraltı təkanların 4,2 bal gücündə olduğu bəyan edilib. Xatırladaq ki, dünən Türkiyənin Malatya və Elazığ vilayətlərində güclü zəlzələ baş verib. 6,8 bal gücündə olan təkanlara görə Adana, Diyarbakır, Qaziantep şəhərlərində insanlar gecəni küçələrdə keçiriblər. Təbii fəlakət nəticəsində bir sıra yaşayış binası uçub. Dağıntılar altından hələ də insanlar çıxarılmağa davam edilir. Son məlumatlara görə, yeraltı təkanlar nəticəsində 20 nəfər həlak olub, yaralıların sayı isə 1015-ə yüksəlib.
25 Yanvar, 2020 13:42 ⁄ Baxılıb: 2047
Bu bölmədə18 Oktyabr, 2023 Türkiyədə üçgünlük matəm elan olunub6 Fevral, 2023 Türkiyədə deputat və ailəsi dağıntılar altında qalıb19 Dekabr, 2022 Türkiyə “qırmızı bülleten”lə axtarılan terrorçunu saxladı21 Noyabr, 2022 Türkiyədə meşə yanğını başlayıb |